Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

 

Bu günlərdə Salyan şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Töhfə İbrahimova və psixoloq Fidan Nadirovanın təşkilatçılığı ilə bir qrup  müəllim və şagird  Azərbaycanın Milli Qəhrəmanı   Mübariz İbrahimovun  doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndində və  təhsil aldığı məktəbdə  olub.

M.Piriyev adına Əliabad kənd tam orta məktəbinin tədris işləri üzrə direktor  müavini Böyükbəy Quliyev  Mübariz İbrahimovun keşməkeşli həyat yolundan və   göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yaşadığı kənd, doğulub boya-boşa çatdığı ev və təhsil aldığı    məktəb,  artıq  mübarizsevərlərin  ziyarət yerinə çevrilib.  Bu da qəhrəmanın    torpağa, vətənə, dövlətçiliyə, xalqa olan məhəbbətinin yüksək səviyyədə olduğunu sübut edir.

Qəhrəmanın xatirəsini yad etmək üçün  qonşu rayondan gələnlər  məktəbin foyesində  Mübariz İbrahimovun ömür yolunu özündə əks etdirən fotostendlərlə və haqqında yazılmış maraqlı kitablarla tanış olublar.

Qonaqlar burada Milli Qəhrəman Mübariz İbrahimovun  ata və anası ilə  görüşüb belə bir igid oğul böyütdükləri üçün onlara minnətdarlıqlarını bildirib və  "Xatirə kitabı"na öz ürək sözlərini  yazıblar.

Sonra Salyan şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin XI "s" sinif şagirdi Aynur Abbasovanın  əl işi olan Mübariz İbrahimovun portreti qəhrəmanın atasına təqdim edilib.

Sonda qonaqlar Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri və müəllimləri ilə  xatirə şəkli çəkdiriblər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov