Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Məzunların məktəbə hədiyyəsi

 

Bu yaxınlarda  yolum Xaçmaz rayonuna  düşmüşdü.  Rayonun Qımıl-qışlaq kəndində yaşayan bacıma da baş çəkməyi özümə borc bildim. Bacım Əzizə Mehdiyeva 1968-ci ildən rayonun Qımıl-qışlaq   kənd tam orta məktəbində sinif müəllimi işləyir, həm də ibtidai siniflər üzrə metodbirləşmənin sədridir. İşlədiyi məktəb haqqında məndə xoş təəssüratlar yaratdığından bu təhsil ocağının bəzi tədbirlərində  iştirakçı olmuşam. Elə budəfəki gəlişim  də 25 il bundan  əvvəlki məzunlarla görüş gününə təsadüf etdi. Həmin gün gəlişimdən xəbər tutan kollektivin dəvəti də  ürəyimcə oldu. Burada maraqlı anlar yaşadım...

Məlum oldu ki, görüşə gələn  məzunlar oxuduqları məktəbin həyətını  daş hasara aldırmış və  girişə darvaza  qoydurmuşlar. Burada məktəblə üzbəüz ağlı-qaralı kaşılarla örtülmüş bir "piano-bulaq" da diqqətimi cəlb etdi. Məktəbin içməli suya  ehtiyacından xəbərdar olan  məzunlar bu gözəl bulağı da o gün məktəblilərə hədiyyə etdilər.

Həmin gün şagirdlər sevinir, məzunlar isə öz sevimli müəllimləri Əzizə  Mehdiyevanın  öyüd-nəsihətlərinə əvvəllər olduğu kimi, yenə də maraqla qulaq asırdılar. Onlardan fizika-riyaziyyat elmləri namizədi Amil Kərimov, polis leytenantı Həzər Həbibov, məktəb direktorları  Tacəddin Zəkiyev, Zəminə Həsənova və başqaları öz ürək sözlərini söyləyib, müəllimlərinə  minnətdarlıqlarını bildirdilər.  Rayon təhsil şöbəsinin əməkdaşı Mövlan Əkbərov, bələdiyyə sədri Ceyhun Mustafayev və valideynlər çıxışlarında məzunların oxuduqları məktəb üçün gördükləri bu xeyirxah işi çox yüksək qiymətləndirdilər. Məzunlarla görüşdə şagirdlər   şeir söylədilər, mahnı oxudular və rəqs etdilər.

Sonda məzunlar öz sevimli müəllimləri ilə xatirə şəkli də çəkdirdilər. 

Fəridə MÜRSƏLOVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzin Nizami-Nərimanov rayonları üzrə
metodik bölmənin metodist

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov