Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Futbolçu qızlar Azərbaycan birincisi olmuşlar

 

 Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən bir sıra işlər həyata keçirilmişdir. Keçirilən tədbirlərdə digər təhsil müəssisələri ilə yanaşı Bakı şəhəri 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbi daha çox diqqəti cəlb edir. Burada fəaliyyət göstərən bölmələrin hər birində (güləş, basketbol, futbol) nailiyyətlər ürəkaçandır. İdman məktəbi daha hazırlıqlı komandaları ilə şəhər və respublika miqyaslı yarışların demək olar ki, hamısında iştirak edərək I - III yerləri qazanır.

İdman məktəbi "Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı(2005-2015-ci illər)"nı əldə rəhbər tutaraq fəaliyyətini genişləndirmiş, bu sahədə də yüksək göstəricilərə nail olmuşdur. Belə ki, 2009-cu ildə 1 qrupla gənc futbolçuların hazırlığına start verən idman məktəbində hazırda 3 qrup fəaliyyət göstərir. Maraqlı burasıdır ki, Bakı təhsil sistemində yeganə olaraq qızlardan ibarət futbol komandası məhz burada formalaşmışdır. Komandanın 4 üzvü qızlardan ibarət yığma komandanın tərkibinə qəbul edilmişdir. Məşqçi-müəllim Zamin Əsədullayevin gərgin əməyi nəticəsində taktiki cəhətdən daha hazırlıqlı olan komanda fəaliyyəti dövründə bütün rəqiblərini məğlub etmişdir. Qızlardan ibarət futbol komandaları arasında keçirilən yarışların final mərhələsində Zaqatala komandasına 5:0 hesabı ilə qalib gələrək Azərbaycan birincisi olmuş komanda növbəti qələbə ilə öz azarkeşlərini bir daha sevindirmişdir. Sizi təbrik edirik, futbolçu qızlar!

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov