Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Gənc atletlərin növbəti yarışı keçirilib

 

Məktəblilər arasında atletikanın kütləviliyinin artırılması və inkişaf etdirilməsi, gənc idmançıların ustalığının yüksəldilməsi, bacarıqlı idmançıların müəyyən edilməsi istiqamətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin rolu əvəzedilməzdir. Gənc atletlərin hərtərəfli fəaliyyət göstərmələrindən ötrü burada lazımi şərait yaradılmışdır. Məşqlər eyni zamanda Respublika Olimpiya Mərkəzində aparılır. İdmançıların hazırlığını yoxlamaq məqsədilə Atletika Məktəbində vaxtaşırı sınaq yarışları keçirilir. Şəhər və respublika miqyaslı tədbirlərdə Məktəbin yetirmələrinin iştirakı təmin edilir, onlar yarışlara, birinciliklərə qatılırlar.

"İdman ili" çərçivəsində Atletika Məktəbinin təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində "Beynəlxalq Qaçış Günü"nə həsr olunmuş növbəti tədbir həyata keçirilmişdir. Açıq birincilikdə Atletika Məktəbinin yetirmələri ilə yanaşı Sumqayıt Uşaq - Gənclər İdman Məktəbinin və Ümid İdman Cəmiyyətinin gənc atletləri də iştirak etmişlər. Qızlar və oğlanlar arasında top atma yarışında Ülviyyə Cabbarova və Ülvi Məsimli, uzunluğa tullanmada Yelena Pextereva və Sahib Əliyev (5¹-li İOEUGAM), 60 m məsafəyə qaçışda Rəşidə Hüseynova (5¹-li İOEUGAM) və Fuad Gülbalayev (Sumqayıt UGİM) yüksək nəticə göstərmişdir. Estafet qaçışında da 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Atletika Məktəbinin yetirmələri fərqlənmişlər. Qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir. 

Rövşən  TALIBOĞLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov