Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulunun təşkili barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) (2009-2014-cü illər) "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi" alt-komponenti üzrə İcra Planında müəllimlərin işə qəbulu üzrə yeni qaydaların hazırlanması nəzərdə tutulmuş, bu məqsədlə beynəlxalq təcrübədə mövcud olan daha çevik mexanizmlərin öyrənilməsi istiqamətində son üç ildə araşdırmalar aparılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya iclasında 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri geniş müzakirə olunmuş, bu sahədə mükəmməl qaydaların işlənib hazırlanması və daha çevik mexanizmin yaradılması, elektron proqram təminatının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Kollegiya qərarının icrası ilə bağlı ötən müddət ərzində bir sira tədbirlər həyata keçirilmiş, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərinin pedaqoji kadrlara tələbatının müəyyənləşdirilməsi və işə qəbulun tənzimlənməsi Qaydaları" işlənib hazırlanmışdır.

Eyni zamanda, müəllimlərin işə qəbulu ilə bağlı elektron proqram təminatının təkmilləşdirilməsi istiqamətində iş aparılmış, proqrama yeni modulun daxil edilməsi təmin olunmuşdur ki, bu da müsabiqənin daha şəffaf keçirilməsinə zəmin yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən "Elektron xidmətlərin təşkili barədə" 01.03.2012-ci il tarixli, 324 nömrəli əmrində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu və imtahanların nəticələrinin nazirliyin İnternet saytında yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə hazırlıq işləri aparılmış, 1 iyul 2012-ci il tarixdən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu üçün bütün zəruri tədbirlər görülmüşdür.

2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilməsinin təşkili məqsədilə  

ƏMR EDİRƏM: 

1. 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilsin.

2. Müəllimlərin işə qəbulunda elektron xidmət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu prosesi tənzimləyən sənədlər: "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament" və ona əlavələr - "Vakant yerlər barədə məlumat forması" (Əlavə 1), "Elektron ərizə forması" (Əlavə 2), "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat" (Əlavə 3), "Müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları" (Əlavə 4), "Test suallarının cavablandırılmasına dair təlimat" (Əlavə 5), "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müsabiqə iştirakçılarından keçid balını toplayanların müraciət formasına dair təlimat" (Əlavə 6) təsdiq edilsin (əlavə olunur).

3. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə bağlı elektron proqram təminatı və texniki hazırlıq məsələlərinin ULTRA şirkəti ilə birlikdə yerinə yetirilməsini təmin etsin, həmçinin "Təlim mərkəzi"ndə imtahanların keçirilməsi üçün zəruri təşkilati məsələləri həyata keçirsin.

4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) peşə liseylərində ümumi təhsil fənləri üzrə vakant müəllim yerləri barədə məlumatların toplanmasını və təhlilini apararaq müvafiq formada Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim olunmasını təmin etsin.

5. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):

5.1. İyul ayının 1-dək vakant yerlər barədə məlumatların nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində verilməsini təşkil etsin.

5.2. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə "Test bankı"nın hazırlanmasını təmin etsin.

5.3. İşə qəbulun keçirilməsi üçün müsabiqə komissiyasının və apelyasiya komissiyasının tərkibini müəyyənləşdirib təsdiqə təqdim etsin.

5.4. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Xüsusi şöbə (L.İmaməliyeva) işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin "Tələbə-məzun bazası"nın köməyi ilə yoxlanılıb təsdiqlənməsini təmin etsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) nazirliyin İnternet saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinin açılmasını, bu əmrin və əlavələrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların həmin səhifədə yerləşdirilməsini, müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumatın "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
13 iyun 2012-ci il 

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov