Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

NDU-nun yenilənmiş rəsmi İnternet səhifəsinin təqdimatı keçirildi

 

Naxçıvan  Dövlət  Universitetində ali məktəbin  yenilənmiş rəsmi İnternet səhifəsinin təqdimat mərasimi keçirildi. İnternet səhifəsi (www.ndu.edu.az) universitetin İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi (İKT) və "MEQA" MMC şirkəti tərəfindən hazırlanmışdır.

Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli  müasir dünyamızda informasiya-kommunikasiya texnologiyalarının  əvəzolunmaz rolundan, ali məktəbdə bu sahədə həyata keçirilən layihələrdən danışdı. Vurğulandı ki,  ali təhsil ocağında müasir İKT uğurla tətbiq olunur. Universitetin bütün struktur bölmələri müasir kompüterlərlə təchiz edilib və burada  yüksək keyfiyyətli İnternet şəbəkəsindən istifadə olunur ki, bu da tədrisin keyfiyyətini daha da artırır.  Rektor dedi ki, ali təhsil ocağında  təşkil olunan videokonfranslar  universitetin dünyanın aparıcı universitetləri ilə inteqrasiya olunması prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.

 İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev təmsil etdiyi şöbənin fəaliyyətindən danışdı. Qeyd olundu ki, şöbənin əsas vəzifələrindən biri  universitetdəki kompüterlərin təhlükəsizliyini təmin etmək və texniki xidmət göstərməklə yanaşı, əlavə olaraq proqramların hazırlanması, veb səhifələrin dizayn olunması, ümumi dizayn işləri, şəbəkələrin və yüksək səviyyəli təhlükəsizlik sistemlərinin qurulması, serverlərin sazlanması, onların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.  Vurğulandı ki, universitetin hər bir tədris binasında Wireless antenalar qurularaq istifadəyə verilmişdir. Hotspotlar vasitəsi ilə universitetin 108 hektarlıq kampusunda simsiz İnternet şəbəkəsi qurulmuşdur. 2009-cu ildə universitetdə "CİSCO" texnologiyaları əsasında bütün universiteti əhatə edən lokal şəbəkə quraşdırılmışdır. Universitetdə lisenziyalı əməliyyat sistemi, ofis proqramı, antivirusla təmin olunmuş və  yüksək keyfiyyətli İnternet şəbəkəsinə birləşdirilmiş 500-dən çox personal kompüter və noutbuk vardır. Yeni istifadəyə verilmiş tələbə yataqxanasında da tələbələrin müasir İKT-dən istifadə etməsi üçün nəzərdə tutulmuş 2 elektron lövhə otağı istifadəyə verilmişdir. Ümumiyyətlə, NDU-da  39 elektron lövhəli tədris otağı fəaliyyət göstərir.  Universitetdə quraşdırılmış "Polycom" HD 8000 markalı ən müasir internet-konfrans kamerası da  bu ali təhsil ocağının digər universitetlərlə mövcud əlaqələrinin inkişafı, videobağlantıların qurulması, müştərək videodərslərin keçirilməsi üçün daha da geniş imkanlar açmışdır.

"Elektron - Naxçıvan" proqramı çərçivəsində 2005-ci ildən etibarən hər il keçirilən beynəlxalq simpoziumların da məhz Naxçıvan Dövlət Universitetində təşkil olunması bu ali təhsil ocağının İKT sahəsində qazandığı uğurlardan xəbər verir. 

Sayt haqqında məlumat verən İKT şöbəsinin müdiri qeyd etdi ki,  burada  məlumatlar Azərbaycan, ingilis və rus dilləri olmaqla 3 dildə  yerləşdirilmişdir. Buradan universitetimizin tarixi inkişafı, struktur bölmələri, mərkəzləri, muzeyləri, tələbə təşkilatları, elmi kitabxana haqqında, elektron kataloq sistemi,  elm və təhsil, sosial-mədəni mühitdə baş verən yeniliklər haqqında məlumatları əldə etmək mümkündür.

Sonra saytla tanışlıq oldu. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov