Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Heydər Əliyev Fondundan həştərxanlı uşaqlara növbəti hədiyyə

 

Volqayanı körfəz sahilində uşaq oyunları kompleksinin tikintisi başlanmışdır. Bu, Heydər Əliyev Fondunun vilayət mərkəzinə hədiyyəsidir.

AzərTAc Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Həştərxan meriyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycandan olan tərəfdaşlar 11 nömrəli məktəbi yenidən qurmuş, Azadlıq meydanındakı bağı abadlaşdırmışlar. Hazırda Volqayanı körfəzin üzərində körpü salınır. Növbədə yeni hədiyyə - uşaq şəhərciyi durur.

Bu bağda uşaq şəhərciyi yaratmaq ideyası çoxdan, hələ Heydər Əliyev Fondu bu ərazini abadlaşdırmağa başladığı vaxt yaranmışdı. İndi burada fəvvarəli, güllü-çiçəkli bağ salınmışdır. Azərbaycandan olan tərəfdaşlar uşaq meydançası üçün yeri Həştərxan meri ilə birlikdə seçmişlər. Əsas şərt təhlükəsizlikdir. Oyun komplekslərini kinomexanika zavodu binasının arxasında, yoldan uzaq bir yerdə tikmək qərara alınmışdır.

İndi hazırlıq işləri görülür. Uşaq şəhərciyinin salınacağı ərazinin ümumi sahəsi təqribən 1200 kvadratmetrdir. Layihəyə görə, oyun kompleksi yelləncəklər və digər uşaq əyləncələri olan beş meydançadan ibarət olacaqdır. Rahat yay kafesi tikmək də planlaşdırılır. Şəhər sakinləri əmindirlər ki, buraya öz uşaqları ilə birlikdə digər rayonlardan da ailələr gələcəkdir.

Piyadalar üçün salınan körpü bu yerin populyarlığını artıracaqdır. Körpüyə artıq Rusiya-Azərbaycan dostluğu körpüsü adı verilmişdir. Körpü Heydər Əliyev bağını Qujvin prospekti ilə birləşdirəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov