Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Dünyanın nüfuzlu ali təhsil ocaqlarından olan Kembric Universitetində "Azərbaycan günü"

 

İngiltərədə fəaliyyət göstərən Odlar Yurdu Təşkilatının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə olaraq "Azərbaycan günü" adlı konfrans keçirilmişdir.

Odlar Yurdu Təşkilatından AzərTAc-a bildirmişlər ki, 100-ə yaxın alimin qatıldığı konfransın əsas məqsədi Böyük Britaniyanın nüfuzlu universitetinin mühazirəçilərini, araşdırma mərkəzlərinin alimlərini Azərbaycan mədəniyyəti və tarixi, ölkəmizin iqtisadi imkanları ilə tanış etməkdən ibarət olmuşdur.

Bu məqsədlə tədbirə məruzəçi qismində həm Azərbaycandan, həm də Avropanın tanınmış ali təhsil müəssisələrindən araşdırmaçı-mütəxəssislər dəvət edilmişlər.

Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev bildirmişdir ki, Avropada müntəzəm olaraq, Azərbaycan haqqında məlumatların artırılması xarakterli təbliğat tədbirləri reallaşdırılır. Belə tədbirlərin bundan sonra da təkcə Kembric Universitetində deyil, İngiltərənin digər ali məktəblərində, araşdırma mərkəzlərində də keçirilməsi planlaşdırılır. "Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi cəhətdən yanaşmaq istəyirik", - deyə təşkilatın rəhbəri vurğulamışdır.

Konfransda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov diqqətə çatdırmışdır ki, bu ölkədə təhsil alan tələbələrə mütəmadi olaraq ölkəmiz haqqında məlumatların verilməsi vacibdir. Bu tədbir də Azərbaycan haqqında düzgün məlumatların bütün dünyaya yayılmasına təkandır. Kembric Universitetində keçirilən elmi konfranslar, buradakı mühazirələr kitab halına salınır və tələbələrə dərs vəsaiti kimi tövsiyə edilir.

Konfransda Avropa universitetlərinin alimləri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun nümayəndələri Azərbaycan iqtisadiyyatının yenidən qurulması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi milli mədəniyyətimiz, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Azərbaycanın xarici siyasətinin xüsusiyyətləri barədə mühazirələrlə çıxış etmişlər.

Tədbir çərçivəsində xanəndə Raziyə Sultanovanın muğamlardan ibarət yeni diskinin təqdimatı keçirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov