Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Bakı Avrasiya Universitetində yubiley tədbiri

 

Azərbaycan  təhsil sistemində öz uğurları ilə hər zaman fərqlənən Bakı Avrasiya Universitetinin  20 ili tamam oldu. Yubiley ərəfəsində silsilə tədbirlər, elmi-praktik konfranslara start verən Bakı Avrasiya Universitetinin bir qrup əməkdaşı, professor-müəllimi təhsil naziri Misir Mərdanovun  əmri ilə fəxri fərmanlar və "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanları ilə mükafatlandırıldı. Mükafatların  təqdim  edilməsində iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və baş mütəxəssisi İlyar Vahabov  universitetin müəllim, professor  və tələbələri qarşısında çıxış edərək Bakı Avrasiya Universitetinin keçdiyi şərəfli 20 illik tarixindən danışdılar, bu təhsil ocağına uğurlar dilədilər. İ.Pirməmmədov  çıxışında qeyd etdi ki, təhsilin keyfiyyəti, fəaliyyətin düzgün qurulması, sağlam iş şəraitinin yaradılması universitet rəhbərliyindən birbaşa asılıdır. Bakı Avrasiya Universiteti həm keçmişi, həm də bu günü ilə ölkəmizdə adı hörmətlə çəkilən,  nüfuz qazanan  universitetlər arasında  birincilər sırasındadır.

Daha sonra İlham Pirməmmədov universitetin rektoru, professor Nazim Hüseynlini, professor-müəllim heyətini və tələbələri ali təhsil müəssisəsinin 20 illik yubileyi münasibəti ilə təhsil naziri Misir Mərdanovun və  nazirliyin bütün kollektivi adından təbrik etdi. Universitetin mükafatlara layiq görülmüş professor və müəllim heyətinə uğurlar arzuladı.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun  əmri ilə universitetin 7 əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına, 14 nəfər isə  fəxri fərmanlara  layiq görülüb.

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov