Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Xaçmazda üç yeni məktəb binası inşa olunur

 

Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri M.Nurməmmədovadan aldığımız məlumatda bildirilir ki, hazırda rayonda Təhsil Nazirliyinin sifarişi ilə 640 yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayon təhsil şöbəsinin inzibatı, 480 yerlik Uzunoba və 180 yerlik Müzəffəroba kənd tam orta məktəblərinin binaları tikilir.

32 sinif otağından ibarət olan üçmərtəbəli Köhnə Xaçmaz kənd tam orta məktəbinin binasında son tamamlama işləri görülür. Digər tikilməkdə olan Uzunoba kənd tam orta məktəbinin binası iki mərtəbədən, 24 sinif otağından ibarətdir. Bu binada da son tamamlama işləri gedir. İkimərtəbəli və 9 sinif otağından ibarət Müzəffəroba kənd tam orta məktəbinin birinci mərtəbəsi tikilib qurtarıb. Binada tikinti işləri davam edir.

Bu məktəb binalarının hər birində geniş, işıqlı kitabxana, fizika və kimya laboratoriyaları, kompüter otağı, akt və idman zalları, bufet nəzərdə tutulub.

Rayon təhsil şöbəsinin inzibatı binası isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Köhnə Xaçmaz və Uzunoba kənd tam orta məktəb binalarının sentyabrın   15-dək istifadəyə verilməsi nəzərdə tutulub.

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov