Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Akkreditasiya Şurasının növbəti iclası keçirilib

 

 İyulun 14-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Gəncə Musiqi Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb və  müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev bu təhsil müəssisəsində aparılmış akkreditasiyanın nəticələri barədə şura üzvlərinə məlumat verib. İ.Quliyev bildirib ki, komissiya akademiyada müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin və həyata keçirilməsinin vəziyyətini, onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu araşdırıb, mütəxəssis hazırlığını öyrənmək məqsədi ilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanmasını həyata keçirib və akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. Komissiyanın sədri təhsil müəssisəsinin fəaliyyətindən, tədris şəraitindən və maddi-texniki bazasından, məzunların işlə təmin edilməsindən də danışıb, komissiyanın bir sıra təklif və tövsiyələrini qeyd edib. 

Sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Odlar Yurdu Universiteti üzrə aparılan akkreditasiyanın nəticələri barədə çıxış edib. H.Zərbəliyev universitetdə mütəxəssis hazırlığının keyfiyyəti haqqında danışıb, elmlər doktoru və professorların sayını və digər göstəriciləri, eləcə də komissiyanın gəldiyi qənaəti diqqətə çatdırıb.

Azərbaycan Kooperasiya Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri Ramiz İsgəndərov bu təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. R.İsgəndərov universitetin professor-müəllim heyətinin xaricdə ixtisasartırma kurslarında olması, məzunların ixtisasları üzrə işlə təmin olunmaları və digər statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb.

Sonra 2 nömrəli Bakı Baza Tibb Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunundan, müəssisədə tədrisin təşkili vəziyyətindən söhbət açıb.

Gəncə Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Slavyan Universitetinin kafedra müdiri Nuridə Novruzova kollecin tədris şəraiti, son beş ildə müəllim heyətinin hər 10 nəfərinə düşən qriflə nəşr olunmuş dərs vəsaitlərinin sayı, eyni zamanda pedaqoji heyətin fəaliyyəti barədə məlumat verib.

Daha sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə aid şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.

Akkreditasiya Şurasının iclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Odlar Yurdu Universitetinin fəaliyyəti "yaxşı", Azərbaycan Kooperasiya Universitetinin və digər iki kollecin fəaliyyəti isə "kafi" qiymətləndirilib. İclasda həmçinin qeyd olunan təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov