Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Kitablar da dost kimidir, çalışın etibarlısını seçin

 

Ali məktəblərə daxil olmaq üçün  xüsusi hazırlığa həmişə ehtiyac olub. Çox az sayda abituriyent  qəbula  müstəqil şəkildə hazırlaşa bilir. Gündəlik dərslərə yaxşı hazırlaşmaq qəbul imtahanlarını uğurla vermək üçün kifayət deyil. İllərlə öyrəndiklərini sistemli şəkildə təkrarlamaq, nəzəri bilikləri məsələ həllinə tətbiq edə bilmək, testlərə  tez və doğru cavab vermək... Bütün bunlar indiki abituriyentin qarşısında duran əsas vəzifələrin yalnız bir hissəsidir. Mükəmməl  bir vəsait bu vəzifələrin yerinə yetirilməsində  abituriyentlərin əsl yardımçısı ola bilər. Akademik Z.Əliyeva adına liseyin riyaziyyat müəllimi Ə.Məmmədlinin bu günlərdə çapdan çıxmış "Riyaziyyat-I hissə: 9-11-ci sinif şagirdləri və abituriyentlər üçün vəsait" adlı kitabı da elə bu məqsədlə yazılmışdır. Məzmununa, "hesab, cəbr və analizin başlanğıcı, birləşmələr və ehtimal nəzəriyyəsinin elementləri" daxil olan  vəsait TQDK-nın Azərbaycan Respublikası ali məktəblərinə keçirdiyi qəbul imtahanlarının riyaziyyat proqramına uyğun hazırlanmışdır. Kitabda nəzəri biliklər sistemli şəkildə, yığcam və sadə  dillə şərh olunmuşdur. Hər paraqrafda  nəzəri hissə həlli ilə verilmiş misallarla möhkəmləndirilmişdir. Vəsait müəllifin öz oxucuları ilə "canlı söhbəti" ruhunda yazılmışdır.

Qəbul imtahanları zamanı bütün mövzulara aid testlərə tez və doğru cavab vermək yolları vəsaitdə ayrı-ayrı nümunələr üzərində nümayiş etdirilmişdir. Kitab orta məktəblərin riyaziyyat müəllimləri, repetitorlar, IX-XI sinif şagirdləri və abituriyentlər üçün çox faydalıdır. 

Əlaqə telefonu: (070) 240-13-50

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov