Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Bölgələrdə yeni məktəb binaları inşa olunur

 

YEVLAX. Rayon təhsil şöbəsindən verilən məlumata görə, rayonda tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir olunması sahəsində işlər davam etdirilir. Hazırda rayonda şəhər 2 nömrəli tam orta məktəb üçün 960, Aran qəsəbə 2 nömrəli tam orta məktəb üçün 360, Salamabad kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binaların tikintisi başa çatmaq üzrədir. Dövlət  vəsaiti hesabına inşa olunan hər üç məktəb yeni tədris ilində istifadəyə veriləcək. İlin sonunadək isə daha beş məktəbin tikintisinə başlanması nəzərdə tutulub. Bunlar şəhər 10 nömrəli tam orta məktəb, Yuxarı Bucaq kənd ümumi orta məktəb, Əcəmi kənd ümumi orta məktəb, Bünyadabad və Dəllər kənd ibtidai məktəbləridir.

Məlumat üçün bildirək ki, son 8 ildə Yevlaxda 13 yeni məktəb binası, 640 şagird yerlik 32 əlavə sinif otağı tikilib, 10 məktəb əsaslı təmir edilib.

 

GÖYGÖL. Rayon təhsil şöbəsinin müdiri E.Atayevdən aldığımız məlumatda bildirilir ki, hazırda rayonda Təhsil Nazirliyinin sifarişi ilə 220 şagird yerlik Zurnabad, 160 şagird yerlik Qızılca kənd tam orta məktəblərinin, Göygöl Rayon İcra Hakimiyyətinin sifarişi ilə isə 360 şagird yerlik Quşqara və 80 şagird yerlik Firuzabad qəsəbə tam orta məktəblərinin binaları sürət və keyfiyyətlə inşa olunur.

Sentyabrın 15-dək istifadəyə veriləcək yeni məktəb binaları təhsilin yüksək səviyyədə təşkili üçün hər cür şəraitlə təmin olunacaq.

Bu dörd məktəb binasının hər birində geniş, işıqlı kitabxana, fizika və kimya laboratoriyaları, kompüter, fənn kabinetləri, idman zalı, eləcə də mərkəzləşdirilmiş istilik sistemi quraşdırılması nəzərdə tutulub. Hazırda həmin yeni məktəb binalarında son tamamlama işləri aparılır.  

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov