Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Tələbələrin IV Yay Mühəndislik Məktəbi başa çatıb

 

Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin (XMİB) universitet tələbələri üçün təşkil etdiyi Yay Mühəndislik Məktəbi başa çatdı. Ənənəvi olaraq tədbir Qafqaz Universitetində keçirildi. 29 iyun - 5 iyul tarixlərində təşkil edilən Yay məktəbində yerli və xarici ölkə universitetlərində təhsil alan 20 tələbə iştirak edib. Onlar bu hüququ iki mərhələli seçim - test və müsahibə turlarından keçərək qazanıblar.

Bu layihə Xəzər Mühəndisləri İctimai Birliyinin keçirdiyi dördüncü mühəndislik məktəbidir. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə nəzəri biliklərlə yanaşı, real istehsalat sahələrində baş verən prosesləri aşılamaq, onların komanda şəklində işləmə qabiliyyətlərini inkişaf etdirmək, bir sözlə, regionda mühəndisliyin inkişafına müsbət təsir göstərməkdir. Proqram çərçivəsində bir həftə ərzində müxtəlif yerli və xarici şirkətlərdə çalışan mühəndislərin informasiya-kommunikasiya texnologiyaları, neft, kimya və proses mühəndisliyi, liderlik qabiliyyətləri, layihələrin idarə edilməsi və digər mövzularda seminarları təşkil olunub. Layihənin həyata keçirildiyi müddət ərzində müxtəlif komanda oyunları, bilik yarışları keçirilib, iştirakçılar ayrı-ayrı sənaye müəssisələrinə ekskursiyalara gediblər.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov