Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Mərkəzinə baxış keçirildi

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Cənubi Koreya Mərkəzinə baxış keçirildi. Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Cənubi Koreya ilə əlaqələrin inkişafından danışdı. Qeyd olundu ki, müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetinin və Cənubi Koreyanın Kyumqsunq Universitetinin nümayəndə heyətlərinin işgüzar görüşləri keçirilmiş, Kimçonq və Busan Kyumqsunq universitetləri ilə qarşılıqlı əməkdaşlıq haqqında muqavilələr imzalanmışdır. Universitetdəki Cənubi Koreya Mərkəzi isə ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu təbliğ edir. Naxçıvan Dövlət Universiteti tərəfindən Koreya Respublikasının KOICA  - qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən dövlət agentliyinə müasir informasiya texnologiyalarının alınması, elektron idarəetmə sisteminin yaradılması ilə bağlı layihə təqdim olunmuşdur. 2013-2015-ci illəri əhatə edəcək layihəyə əsasən Koreyanın KOICA dövlət agentliyi Naxçıvan Dövlət Universitetinə  3 milyon ABŞ dolları həcmində müasir texnoloji avadanlıqlar təqdim edəcək. Cənubi Koreyanın Azərbaycandakı səfirliyi isə universitetə İnternet imkanlarına malik "Samsung" markalı 3D smart televiziyası hədiyyə etmişdir.

Universitetdə Cənubi Koreya Mərkəzi və Dil Hazırlıq Mərkəzi uğurla fəaliyyət göstərir. Sentyabr ayından etibarən mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarına start veriləcək.

Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Lee Hyun Cu, Naxçıvan Dövlət Universitetində təhsil alan koreyalı tələbələr adından çıxış edən  beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə II kurs magistr Myungga Yaung və digərləri Cənubi Koreya Mərkəzinin ölkənin tarixi, xalqın milli mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətindən danışdılar. 

Sonda Cənubi Koreya Mərkəzinə baxış keçirildi, rektor, akademik İsa Həbibbəyli buradakı xatirə dəftərinə ürək sözlərini yazdı. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov