Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Azərbaycan alimi VI Rusiya Fəlsəfə Konqresində iştirak edib

 

Nijni Novqorod şəhərində Rusiya Fəlsəfə Cəmiyyətinin, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun, Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin, K.Minin adına Nijni Novqorod Pedaqoji Universitetinin təşəbbüsü və Rusiya Humanitar Elmi Fondunun, eləcə də Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə təşkil edilmiş "Müasir dünyada fəlsəfə: Dünyagörüşlərin dialoqu" mövzusunda VI Rusiya Konqresi keçirilmişdir.

İyunun 27-dən 30-dək davam edən konqresdə Rusiya və xarici ölkələrin filosofları ilə yanaşı, Azərbaycan alimi - Astara Pedaqoji Kollecinin direktoru, respublikanın əməkdar müəllimi, fəlsəfə doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, doktorant Əlihəsən Həmzəyev də iştirak etmişdir. Ə.Həmzəyevin konqres nümayəndələri tərəfindən "İnsan fəlsəfəsi müasir təhsilin metodologiyası kimi" mövzusunda məruzəsi dinlənilmişdir.

Bundan əlavə, konqresdə "Aleksandr Zinovyevin 90 illiyi ərəfəsində: Dərketmə faktoru" devizi altında keçirilən müzakirələrdə Ə.Həmzəyevin "Sosial-fəlsəfi tədqiqatlarda Zinovyev ideyalarının aktuallığı" məqaləsi xüsusilə maraq doğurmuşdur.

"Yeni insan fəlsəfəsi və humanitar texnologiyalar" mövzusunda "dəyirmi masa" ətrafında müzakirələrdə Ə.Həmzəyev yeni və aktual fikirlərini iştirakçılarla bölüşmüşdür.

Forumdan qayıdan Ə.Həmzəyev bildirmişdir ki, konqresdə daha bir azərbaycanlı filosof - Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri, fəlsəfə doktoru Ariz Gözəlov da iştirak edirdi.  Konqresin materialları xüsusi buraxılış və jurnallarda dərc edilmiş və bütün iştirakçılara paylanmışdır. Eləcə də konqresin işi dünyanın əksər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Məlumat üçün qeyd edək ki, Rusiya Fəlsəfə Konqresi hər üç ildən bir Rusiyanın regionlarının birində keçirilir.      

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov