Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Görkəmli sənətkar Müslüm Maqomayevin xatirəsi anılıb

 

İyulun 20-də Qərb Universiteti öz ənənəsinə sadiq qalaraq növbəti dəfə paytaxtın Xətai İncəsənət Mərkəzində əfsanəvi musiqiçi, görkəmli müğənni, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illiyinə həsr olunan anım mərasimi keçirdi.

Mərasimi Azərbaycanın xalq rəssamı, Xətai İncəsənət Mərkəzinin bədii rəhbəri Arif Hüseynov açaraq  bildirdi ki,  bu gün bu qalereyada böyük müğənni, böyük vətəndaş Müslüm Maqomayevin 70 illiyinə gənc rəssamların həsr etdikləri əsərlərinin sərgisini təşkil etmişik. Əsərlər əsasən plakat janrındadır. Müslüm Maqomayev kimi sənətkarlarımızı heç vaxt unutmamalıyıq, onları daim xatırlamalıyıq.

Tədbirdə Qərb Universitetinin  III kurs tələbələrinin rəsm əsərləri, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının reklam işi üzrə dizayn  fakültəsinin tələbəsi Aysel Əlizadənin əl işləri  nümayiş olundu.

Mərasimdə  çıxış edənlər Müslüm Maqomayevin həyat və yaradıcılığı, sənətkarlıq məharəti, müğənnilik istedadı haqqında söhbət açıb, xatirələrini bölüşüb və ürək sözlərini söylədilər.

Tədbirin sonunda  Yevgeni Aşurlinin M.Maqomayevin Bakıdakı həyat və yaradıcılığına həsr etdiyi slayd tamaşaçılara təqdim olundu. 

Leyla MƏMMƏDOVA,
Günay NƏBİYEVA,
BDU-nun jurnalistika fakültəsinin I kurs tələbələri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov