İyulun
19-da Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində
"Məktəbəqədər təhsilin kurikulumu, məktəbəhazırlığın
təşkili və kiçik məktəbəqədəryaşlı uşaqların
valideynlərinin maarifləndirilməsi" mövzusunda müzakirə
keçirilib.
Tədbirdə Dünya Bankının təhsil üzrə mütəxəssisi Meskerem
Mulatu, Təhsil Nazirliyi TSİİL üzrə layihəni
əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov, Təhsil
Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri
Nərminə Alnağıyeva, YUNİSEF-in İnkişaf və Təhsil
Proqramının rəhbəri Kənan Məmmədli, həmin təşkilatın
Təhsil Proqramının rəhbəri Leyla Həsənova və başqaları
iştirak ediblər.
Müzakirəni Təhsil Problemləri İnstitutunun direktor
müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov
giriş sözü ilə açaraq respublikamızda məktəbəqədər
təhsil kurikulumunun hazırlanması istiqamətində görülən
işlər haqqında geniş məlumat verib.
Sonra Dünya Bankının təhsil üzrə mütəxəssisi Meskerem
Mulatu, Təhsil Nazirliyi TSİİL üzrə layihəni
əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov,
YUNİSEF-in İnkişaf və Təhsil Proqramının rəhbəri Kənan
Məmmədli və başqaları məktəbəhazırlığın təşkili, kiçik
məktəbəqədəryaşlı uşaqların valideynlərinin
maarifləndirilməsi və digər məsələlər ətrafında geniş
müzakirə və fikir mübadiləsi aparıblar.
Samirə KƏRİMOVA |