Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Gənc istedadlar

Beynəlxalq müsabiqələr laureatı

 

 Vüsalə Babayeva  1997-ci ildə Bakıda bəstəkar  ailəsində dünyaya göz açıb.  İstedad və bacarığını  görən anası bəstəkar Sevda Məmmədli 2003-cü ildə onu Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının  Orta ixtisas musiqi məktəb-studiyasına - fortepiano ixtisası üzrə Ayişə  Əliyevanın  sinfinə gətirib. Qısa müddət ərzində  bir- birindən gözəl mahnıların ifaçısına çevrilən Vüsalə  2006-cı ildə "Məktəb studiya-25" Uşaq musiqi festivalında II yer, 2007-ci ildə Qara Qarayev adına  gənc pianoçuların  IV  Bakı musiqi müsabiqəsində III yer, 2008-ci ildə  Qara Qarayevin anadan olmasının 90 illiyinə  həsr olunmuş "Gənc musiqiçilər təhlil və ifa edir" I Respublika elmi ifaçılıq müsabiqəsində II yer, 2010-cu ildə isə Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsində II yeri tutub.  2011-ci ildə Vüsalə Bolqarıstanın  Dobriç-Albena şəhərində keçirilən  "Ümidlər, istedadlar, sənətkarlar" XVI Beynəlxalq müsabiqəsinin laureatı adını və I  mükafatı qazanıb.

Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməkdən  xüsusi zövq alıram, -deyən Vüsalə  Şopenin, Listin və digər dahi bəstəkarların da  əsərlərini sevə-sevə ifa etdiyini söylədi  və gələcəkdə milli musiqimizin  inkişafına töhfə verəcəyinə, yeni-yeni  əsərlər bəstələyəcəyinə söz verdi.

Vüsalə Babayeva hazırda  Bakıdakı "Zəngi"  liseyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 10-cu sinif şagirdidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2012-ci il tarixdə imzaladığı  "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" sərəncamı ilə  Vüsalə Babayevanın adı  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla o, xüsusi aylıq təqaüdə layiq görülüb.

V.Babayeva bütün istedad sahiblərinə  göstərilən  diqqət və qayğıya görə ölkə rəhbərinə  və Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov