Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Avqsut 2012 - №30

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək

 

SAATLI. Rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyevdən aldığımız məlumatda bildirilir ki, hazırda rayonda Təhsil Nazirliyinin sifarişi ilə 120 şagird yerlik Genişkənd ümumi orta məktəbində, Saatlı Rayon İcra Hakimiyyətinin sifarişi ilə isə 180 yerlik şəhər 2 nömrəli ümumi orta,  80 şagird yerlik Sarıcalı ümumi orta və 300 yerlik şahmat məktəbinin binalarında son tamamlama işləri aparılır.

Yeni tədris ilində istifadəyə veriləcək həmin məktəb binaları müasir tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şəraitlə təmin olunacaq.

Bu məktəb binalarının hər birində geniş kitabxana, kimya və fizika laboratoriyaları, kompüter otağı, fənn kabinetləri, idman zalı, eləcə də mərkəzləşdirilmiş qaydada işləyəcək istilik sistemi quraşdırılması nəzərdə tutulub.

Eyni zamanda rayonun Qıraqlı və Əliabad kəndlərində də 220 və 180 şagird yerlik  müasir  tələblərə cavab verəcək məktəb binaları  inşa edilir. 

GƏDƏBƏY. Bu il Gədəbəy rayonunda  5 yeni məktəb binası istifadəyə veriləcək. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, bunlar Qoşabulaq kənd 1 nömrəli tam orta, Slavyanka kənd 2 nömrəli tam orta, Arıqdam kənd tam orta, Novo-Saratovka kənd tam orta və Samanlıq kənd tam orta məktəbləridir. Slavyanka kənd 2 nömrəli və Arıqdam kənd tam orta məktəblərinin hər biri üçün 380 şagird yerlik, Qoşabulaq kənd 1 nömrəli tam orta, Novo-Saratovka və Samanlıq kənd tam orta məktəblərinin hər biri üçünsə 220 şagird yerlik yeni binalar inşa olunur.

Hazırda məktəblərin beşində də son tamamlama işləri görülür. Yeni məktəblərin hər birində kompüter otaqları, fənn kabinetləri və laboratoriyaları, idman zalları nəzərdə tutulmuş, mərkəzləşdirilmiş istilik sistemləri yaradılmışdır. Məktəblərin hamısı müasir inventarlarla təmin ediləcəkdir. 

"AZƏRBAYCAN MÜƏLLİMİ"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov