Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Avqust 2012 - №31

 

Bakıda V siniflərdə dərs deyəcək müəllimlərin kurikulum təlimləri davam edir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun aparıcı məsləhətçisi Şəmsi Qocayevdən aldığımız məlumatda bildirilir ki, 2012- 2013-cü tədris ilində paytaxtın ümumtəhsil məktəblərinin V siniflərində dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar keçirilən təlim kursları davam edir. Həmin kursların səmərəli təşkili üçün Bakı şəhərinin 11 rayonunda texniki avadanlıqlarla təchiz edilmiş məktəblərdə 31 təlim mərkəzi yaradılıb.

Təlim kurslarını fiziki tərbiyə fənni üzrə "İdrak" məktəb-liseyi, riyaziyyat və həyat bilgisi fənlərindən "Mədəd-Azərbaycan" təşkilatı, 8 fəndən isə XXI əsr Beynəlxalq Təhsil və İnformasiya Mərkəzinin əməkdaşları aparır.

Ümumilikdə Bakı şəhərinin müxtəlif məktəblərində V siniflərə dərs deyəcək 4500 müəllim təlim kurslarından keçməlidir. Bu günə kimi 2000 müəllim təlim kursundan keçərək müxtəlif dərəcəli sertifikat alıb. Təlim kursları sentyabrın 9-na kimi davam edəcək.

Bu günlərdə isə həmin təlim mərkəzlərindən birində - Bakıdakı 20 nömrəli məktəb-liseydə olduq. Məktəbin direktoru Sabir Məmişov  bizi təlim mərkəzi və orada keçirilən kursların nümunəvi təşkili üçün yaradılmış şəraitlə tanış etdi. Birlikdə son dərəcə maraqlı keçən təlim məşğələlərini müşahidə etdik. Həmin gün burada həyat bilgisi fənni üzrə 3 qrupda təlim aparılırdı. Qruplarda Səbail rayonu üzrə 22, Yasamal rayonu üzrə isə 27 müəllimə  yeni fənn kurikulum təlimi keçilirdi. Məşğələləri "Mədəd- Azərbaycan" təşkilatının təlimçi-müəllimləri - İlahə Tağıyeva, Kəmalə Süleymanova,  Təranə İbrahimova, Səbinə Rəsulova və başqaları aparırdı. Təşkilatın koordinatoru Xəyalə Quliyeva əməkdaşlarının həyat bilgisi fənni üzrə V siniflərdə dərs deyəcək müəllimlərə 10 gün ərzində yeni fənn kurikulumunun tətbiqi ilə əlaqədar keçilən təlim, sonda veriləcək imtahan, gündəlik davamiyyət, dərslərdə fəallıq zamanı qazanılan balların toplanması və bu ballara görə I və II dərəcəli lisenziyaların verilməsi və s. qaydalar barədə ətraflı məlumat verdi. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov