Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Azərbaycan idmançıları böyük təntənə ilə qarşılandılar

 

 Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıtmışlar.

AzərTAc xəbər verir ki, Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılamışlar.

***

XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Heydər Əliyev adına Sarayın qarşısındakı parkda ulu öndərin abidəsini ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, idmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anmış, onun abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.

Qeyd edək ki, London Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanmışlar. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov