Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir

 

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Qəbələ rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə ciddi fikir verilir.

RTŞ-dan verilən məlumata görə, hazırda rayonda 5 yeni məktəb inşa olunur. Bunlardan Topbağ və Solquca kəndlərindəki 80, Tövlə kəndindəki 180 şagird yerlik məktəblərdə son tamamlama işləri görülür. Kiçik Pirəlli kəndindəki 180 və Nic qəsəbəsindəki 360 şagird yerlik məktəblərdə isə tikinti-quraşdırma işlərinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.

Bunlardan başqa, Bum qəsəbəsində inşa olunan 25 yerlik uşaq bağçasında da işlər başa çatmaq üzrədir.

Rayonun bir sıra məktəblərində isə təmir işləri aparılır. Bunlar Vəndam qəsəbə 1 nömrəli, Qəbələ şəhər 2 və 3 nömrəli məktəblərdir. Vəndam qəsəbə 1 nömrəli məktəbdə hazırda əsaslı təmir işləri davam etdirilir. Qəbələ şəhər 2 və 3 nömrəli məktəblərin isə dam örtüyü və fasad hissəsində təmir-bərpa işləri görülür.

Xatırladaq ki, son 7 ildə Qəbələdə 22 yeni məktəb binası tikilib, 7 məktəb isə əsaslı təmir olunub. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov