Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair
hazırlanmış Dövlət Proqramının ümumi müzakirəsi keçirilib

 

Avqustun 8-9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ölkə Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli sərəncamının icrasını həyata keçirmək məqsədilə yaradılan işçi qrupunun yekun iclası keçirilmişdir.

İşçi qrupunun rəhbəri AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçən iclasda Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun fəaliyyəti, dilçiliyin müasir dövrün aktual problemləri ilə əlaqələndirilməsi, ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması və digər məqsədlərlə nəzərdə tutulmuş Dövlət Proqramının hazırlanmış son variantının ümumi müzakirəsi keçirilmişdir.

İclasda bloklar üzrə ümumiləşdirilmiş layihə hər bənd üzrə ayrılıqda təhlil edilərək tamamlama işlərini yekunlaşdırmaq üçün lazımi mütəxəssislərə təqdim edilmişdir.

Dövlət Proqramı layihəsinin ən son variantı rəy üçün müxtəlif nazirlik, dövlət idarə və təşkilat rəhbərlərinə göndəriləcəkdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov