Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Ağsuda kurikulum üzrə təlim kursları davam edir

 

 Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasıdan aldığımız məlumatda bildirilir ki, qarşıdakı tədris  ilində V siniflərdə dərs deyəcək fənn müəllimləri üçün kurikulum üzrə təlim kursları keçirilir.  Bu kurslar kurikulum nəzəriyyəsini mənimsətmək və onu təlimdə tətbiq etmək üçün müəllimlərə istiqamət verir, onları yeni  üsulla işləməyə hazırlayır. İyul ayının 20-dən başlanmış təlim kursları rayonda  yüksək  hazırlıq şəraitində təşkil olunmuşdur. Bu məqsədlə təlimçilərin və müdavimlərin ixtiyarına müasir texniki avadanlıqlarla təchiz  olunmuş otaqlar verilmişdir. Təlimçilər Təhsil Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislərdir.

İlk təlimlər 16 qrupda keçirilir. Artıq riyaziyyat və  fiziki tərbiyə üzrə  4 qrupda iş başa çatdırılmışdır. Hazırda riyaziyyat və həyat bilgisi üzrə 2 qrupda məşğələlər aparılır. Sentyabrın 10-dək başa çatdırılması nəzərdə tutulan bu kurslarda   400-ə yaxın müəllim təlimatlandırılacaqdır.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov