Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda uşaq evlərində iftar süfrəsi təşkil edilib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş nazirinin katibliyi nəzdində fəaliyyət göstərən "Pakistan Sweet Home" Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərindəki 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baraha Ko şəhərində təşkil olunmuş mərasimdə Pakistan Baş nazirinin xanımı Nüsrət Pervaz Aşraf və qızı, Baş nazirin müşaviri Şahnaz Vazir Ali, "Pakistan Sweet Home" Fondunun icraçı direktoru, tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli Assambleyasının üzvləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə respublikamızda və xarici ölkələrdə həyata keçirilən təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilmiş, Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edildiyi vurğulanmışdır.

Həmçinin bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilmişdir.

Tədbirdə iştirak edən Pakistanın birinci xanımı Nüsrət Pervaz Aşraf Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrə, həmçinin mübarək Ramazan ayında kimsəsiz uşaqlara iftar süfrəsinin təşkil olunmasına görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirmiş və bu aksiyanın uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək olduğunu vurğulamışdır.

Ş.Vazir Ali çıxışında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş genişmiqyaslı aksiyanı yüksək qiymətləndirərək digər təşkilatları da bu təşəbbüsə qoşulmağa çağırmışdır.

Zamurad Xan isə Ramazan sevincini kimsəsiz uşaqlarla bölüşdüyünə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Mərasim konsert proqramı ilə davam etmiş, uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Pakistanın PTV dövlət televiziyası mərasimdən reportaj hazırlamışdır.

Tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov