Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Naxçıvanda Texniki  Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib

 

Avqustun 15-də Naxçıvan şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir. Ali Məclisin sədri demişdir ki, ulu öndər Heydər Əliyevin siyasi xətti ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafını şərtləndirmişdir. Bu siyasətin uğurla davam etdirilməsi ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, təhsil sahəsində də kompleks inkişafa səbəb olmuşdur. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin yeni binasının istifadəyə verilməsi də əldə olunan iqtisadi inkişafın və həyata keçirilən uğurlu islahatların daha bir göstəricisidir.

Ali Məclisin sədri bildirmişdir ki, bu gün ölkəmizin iqtisadiyyatı inkişaf edir, əhalinin rifah halı yüksəlir. İqtisadi imkanların genişlənməsi insanların yüksək həyat standartı şəraitində yaşamalarına imkan yaradır. Əhali fərdi minik avtomobillərindən istifadəyə daha çox üstünlük verir. Bununla yanaşı, təsərrüfatın müxtəlif sahələrində sürücülərə və digər texniki peşə sahiblərinə də tələbat artır. Bütün bu amillər nəzərə alınaraq 2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır. Qısa müddət ərzində məktəbi 3 min 600 müdavim bitirmişdir. Onlardan 390 nəfəri qadın olmuşdur. Bu gün məktəbdə 510 müdavim təhsil alır. Onların arasında qadın və qızlardan ibarət qruplar da vardır.

Ali Məclisin sədri demişdir ki, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi ölkəmizdə yüksək şəraitə və maddi-texniki təchizata malik olan yeganə məktəbdir. Məktəbdə dörd elektron lövhəli sinif, iki metodiki kabinə, iki avtotrenajor sinfi yaradılmışdır. Bütün sinif otaqları lazımi avadanlıqla təchiz edilmişdir. Yaradılan şərait məktəbdə təhsil alan müdavimlərin sürücülük və texniki peşələrə yiyələnmələrinə, yol hərəkəti qaydalarını dərindən mənimsəmələrinə imkan verir. Bu isə gələcəkdə nəqliyyat vasitələrindən düzgün istifadəyə və yol hərəkətinin təhlükəsizliyinə təminat verəcəkdir.

Ali Məclisin sədri bildirmişdir ki, məktəbdə təhsil alan müdavimlər dövlətimiz tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməli, ölkəmiz üçün yararlı mütəxəssis kimi yetişməlidirlər. Ona görə də məktəbin müdavimləri peşələrə dərindən yiyələnməli, qarşıya qoyulan tələbləri düzgün yerinə yetirməlidirlər.

Məktəbin müəllimi Hicran Əliyev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirərək demişdir ki, muxtar respublikamızda peşə təhsilinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu gün müasir tələblərə cavab verən Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin istifadəyə verilməsi pedaqoji kollektivin, burada təhsil alan müdavimlərin böyük sevincinə səbəb olmuşdur.

Sonra Ali Məclisin sədri binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, hazırda məktəbdə hər birində 30 nəfər olmaqla 17 qrup fəaliyyət göstərir. İki mərtəbədən ibarət olan binada 23 sinif otağı vardır. Sinif otaqlarında nəzəri dərslərin keçilməsi üçün yüksək şərait yaradılmış, məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri qoyulmuşdur. Bu da keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, kənd təsərrüfatı texnikaları üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasına kömək edəcəkdir.

Sürücülük peşəsinə yiyələnmək istəyənlər avtotrenajor siniflərində avtomobillərin idarə olunmasını praktik olaraq mənimsəyirlər. Biri yük, digəri isə minik maşını tipli bu avtotrenajorlar ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunur. Təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir.

Binanın ikinci mərtəbəsində metodiki kabinələr, kompüter otağı, tibbi hazırlıq, yol hərəkəti qaydaları və ümumi hərbi hazırlıq sinifləri, müəllimlər otağı, elektron lövhəli siniflər, təlimatçı otağı və arxiv vardır.

Kompüter otağında İnternetə çıxışı olan 18 kompüter qoyulmuşdur. Hərbi hazırlıq sinfində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesabına təhsil alan müdavimlərə ilkin hərbi biliklər tədris olunacaqdır. Sinif otağında sıra, atəş və mühəndis hazırlığı qaydalarının əks olunduğu stendlər vardır. Tibbi hazırlıq otağında isə yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədiləcəkdir.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov