Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Avqust 2012 - №32

 

Səbail məktəblilərinin Qubadakı yay istirahəti yaddaqalan olub

 

Böyüməkdə olan gənc nəslin yay istirahətinin mənalı təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin birgə layihəsi əsasında Qubada təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin istirahəti başa çatmışdır.

Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı və imkansız ailələrinin uşaqları, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan ümumilikdə 250 uşaq üçün Quba şəhərinin ən füsunkar yerində yerləşən Bakı Özəl Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxmışdır.

Təşkilatçılar tərəfindən xoş  istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, ölkə başçısı cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, artıq 7-ci dəfədir ki, təşkil olunan "Şahinlər" düşərgəsinin tarixinə həsr olunan stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və unudulmaz etmişdir. 

Yay istirahəti dövründə uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuş, məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir. Qarabağ savaşında təcrübəli kəşfiyyatçı kimi iştirak edərək bir sıra qəhrəmanlıqlar göstərmiş İbad Hüseynov və hərbi jurnalist Şəmistan Əlizamanlı ilə keçirilən görüş xüsusilə yaddaqalan olmuşdur.

Düşərgənin bağlanışı ilə əlaqədar keçirilən tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərargah rəisinin birinci müavini, general-mayor Şahin Məmmədov, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən uşaqların istirahəti üçün  burada yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gələn  bir qrup şagirdə xatirə medalları və uşaqlarla aparılan tərbiyəvi işlərdə fərqlənən dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.

Daha sonra yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif  hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı maraqla qarşılanıb. Bundan başqa, respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.

Zəngin təəssüratlarla Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu istirahətin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov