Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Avqust 2012 - №33

 

Şamaxıda V siniflərdə dərs deyəcək müəllimlərin kurikulum təlimləri davam edir

 

Şamaxı Şəhər Təhsil Şöbəsinin müdiri Səadət Veysovadan bu günlərdə aldığımız məlumatda bildirilir ki, respublikamızın bütün regionlarında olduğu kimi, Şamaxı rayonunun ümumtəhsil məktəblərinin beşinci siniflərində dərs deyəcək müəllimlər üçün də yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təlim kursları keçirilir. Həmin kursların səmərəli təşkili üçün Şamaxı şəhərində zəruri texniki avadanlıqlarla təchiz edilmiş məktəblərdə iki təlim mərkəzi yaradılıb.

Şəhər 9 və 10 nömrəli tam orta məktəblərində 30 iyul - 9 avqust tarixlərində informatika, texnologiya, nəğmə və musiqi, fiziki tərbiyə fənləri üzrə 8 qrupda təlim kursları keçirilmiş və 186 nəfər müəllim kursları müvəffəqiyyətlə bitirərək müxtəlif dərəcəli sertifikat almışdır. Bu kurslar "XXI" əsr BTİM, Bakı Avropa liseyi və "İdrak" məktəb-liseyin təlimçiləri tərəfindən aparılmışdır.

Avqustun 12-23 tarixlərini əhatə edən mərhələdə təsviri incəsənət, texnologiya (II qrup), Azərbaycan tarixi, xarici dil, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təlim kursu da artıq başa çatmış və 310 nəfər müəllim kurslardan keçmişdir.

Növbəti mərhələdə - 20-29 avqust və 31 avqust - 9 sentyabr tarixlərində riyaziyyat, 28 avqust - 6 sentyabr tarixlərində isə həyat bilgisi fənləri üzrə müəllimlər təlim kurslarında iştirak edəcəklər. Bu mərhələlərdə 146 müəllimin kurslardan keçməsi nəzərdə tutulub.

Kurslar "Mədət-Azərbaycan" təşkilatı tərəfindən aparılacaqdır.

Ümumilikdə Şamaxı rayonunun 642 nəfərə qədər müəlliminin yüksək təlim kurslarından keçərək birinci və ikinci dərəcəli sertifikat alacağı nəzərdə tutulub. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov