Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay Şahmat Məktəbi əsaslı şəkildə təmir edilir

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay şəhərindəki şahmat məktəbinin əsaslı şəkildə təmirinə başlanmışdır.

AzərTAc xəbər verir ki, məktəbin binasında söküntü işləri artıq başa çatdırılmış və bu günlərdə inşaat işlərinə başlanmışdır. Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binası yenidənqurma işləri nəticəsində ikimərtəbəli olacaqdır. Hazırda binanın ikinci mərtəbəsinin tikinti işləri həyata keçirilir. Müasir üslubda tikiləcək və lazımi avadanlıqla təmin ediləcək Göyçay Şahmat Məktəbində ilk dəfə istilik sistemi də quraşdırılacaqdır. Binanın birinci mərtəbəsində dərs otaqları, ikinci mərtəbəsində isə yarış zalı və yardımçı otaqlar olacaqdır. Əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Mirzəhüseynli və Şəhadət kənd məktəblərində, şəhər 5 nömrəli orta məktəbdə təmir-bərpa işləri görülür. Bundan başqa, hazırda dövlət vəsaiti hesabına Ləkçıplaq və Çərəkə kəndlərində 360, Ulaşlı-Şıxlı kəndində 220 yerlik məktəb binalarının inşası davam etdirilir.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov