Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Səfir yeni dərs ilində tələbələrə mühazirə oxuyacaq

 

Avqustun 29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşdü. Rektor Səməd Seyidov  qarşıdan  gələn  yeni  tədris ilində  ADU-ya  qəbulun  50  faiz  artdığını  səfirin  diqqətinə  çatdırdı.

O, universitetdə Qərb  ölkələrinin dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu dedi.  Səməd Seyidov  Çin, yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını qeyd etdi. Bildirildi ki, ali təhsil ocağında 2011-2012-ci tədris ilində ərəbşünaslıq ixtisası açılıb. ADU-da bu ixtisas üzrə artıq 10 tələbənin təhsil aldığı vurğulandı. Rektor səfiri ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində bir daha ADU-ya dəvət etdi.

Səfir Nasir Əbdül Kərəm A.Rəhim, öz növbəsində, ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətin onun üçün də maraqlı olduğunu söylədi.

Səfir yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu dilə gətirdi. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov