Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Azərbaycan Texniki Universitetində beynəlxalq qrant layihəsi həyata keçirilir

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə "Təhsil informasiya sisteminin yaradılması layihəsi (2011-2013-cü illər)" çərçivəsində qrant layihəsini həyata keçirir.

AzərTAc xəbər verir ki, bu qrant layihəsi AzTU-da akademik təhsilin səmərəsini artırmaq məqsədilə universitetin idarə olunmasının elektronlaşdırılmasını və akademik təhsil sisteminin idarə edilməsi üçün lazımi texniki yardımın göstərilməsini əhatə edir.

Sistemin təhlili, layihələndirilməsi, avadanlıqla əlaqədar müzakirələrin aparılması və layihənin icra edilməsi məqsədilə dörd koreyalı mütəxəssis Azərbaycana ezam olunmuşdur. Onlar işləri sentyabrın 14-dək başa çatdıracaqlar.

Sistemin yaradılması ilə bağlı işlər tamamlandıqdan sonra artıq tələbələrin qeydiyyatdan keçmək üçün universitetə gəlmələrinə ehtiyac qalmayacaqdır. Bundan başqa, gələcəkdə onların online yolla ev şəraitində universitetin akademik fəaliyyətində iştirakları mümkün olacaqdır.   Layihənin ilin sonunadək tamamlanması nəzərdə tutulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov