Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Kiyev Milli Universiteti Məzunları Assosiasiyasının təsis konfransı

 

Avqustun 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) T.Şevçenko adına Kiyev Milli Universiteti ilə birlikdə Kiyev Milli Universiteti Məzunları Assosiasiyasının təsis konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda ADİU-nun prorektoru, professor Damət Bağırov, Kiyev Milli Universitetinin prorektoru İqor Lyutıy, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və Milli Məclisin deputatı Rüfət Quliyev çıxış edərək iki ölkə arasında bütün sahələrdə yaranmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açmış və bu əlaqələrin gələcəkdə elm, təhsil sahəsində daha da inkişaf etməsinin vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, Kiyev Milli Universitetində müxtəlif illərdə Azərbaycanın dahi şəxsiyyətləri təhsil almışlar. Hazırda bu universitetin ən qabaqcıl və fəal məzunları ölkəmizin müxtəlif dövlət strukturlarında fəaliyyətlərini uğurla davam etdirirlər. Hələ keçmiş sovet hakimiyyəti dövründən başlayaraq bugünədək Azərbaycan və Ukrayna arasında təhsil sahəsində sıx əməkdaşlıq əlaqələri yaranmışdır. Bu əlaqələri daha da inkişaf etdirmək və birgə əməkdaşlıq məqsədilə Kiyev Milli Universiteti Məzunları Assosiasiyasının yaradılması böyük əhəmiyyət kəsb edir. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev hər zaman elm və təhsilin inkişafına diqqət, qayğı göstərmiş və bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Tədbirdə Kiyev Milli Universiteti Məzunları Assosiasiyasının yaradılması və nizamnaməsi səs çoxluğu ilə qəbul edilmiş, tərkibi elan olunmuşdur.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov