Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Kurslar yüksək səviyyədə təşkil olunub

 

 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin V siniflərində dərs deyəcək müəllimlər üçün təlim kursları keçirmək hüququ qazanmış təşkilatlardan biri də Odlar Yurdu Universitetidir. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun "Təlim kurslarının təşkili barədə" 25 may 2012-ci il tarixli əmrinə əsasən universitet Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi regionlarında ana dili və ədəbiyyat, Azərbaycan dili, texnologiya, musiqi və təsviri incəsənət fənləri, Lənkəran iqtisadi regionunda xarici dil, texnologiya, musiqi və təsviri incəsənət fənləri üzrə 10 günlük (60 saatlıq) təlim kursları keçirmişdir.

İyunun 20-dən avqustun 23-dək 5 ongünlükdə təşkil edilən təlim kurslarında ümumilikdə 3764 müəllim iştirak etmiş və sonda müvafiq sertifikatlar almışdır.

Həmin müəllimlərdən 2104 nəfəri Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi regionlarında, 1660 nəfəri isə Lənkəran iqtisadi regionunda ayrı-ayrı fənlər üzrə təşkil edilən təlim kurslarından keçmişdir.

Rayon təhsil şöbələri mərkəzlərdə təlim kurslarının yüksək səviyyədə təşkil edilməsinə xüsusi diqqət yetirmiş, bu tədbirə cəlb olunacaq fənn müəllimlərinin siyahısının dəqiqləşdirilməsini, məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş məktəblərdə lazımi şəraitin yaradılmasını, hər bir təlim otağının zəruri texniki vasitələrlə təchiz olunmasını təmin etmiş, bir sıra mühüm işlərin görülməsində fəal iştirak etmişlər.

Təhsil Nazirliyinin monitorinq qrupu və Dünya Bankının beynəlxalq məsləhətçisi Səyyarə Rəhmanquliyeva ayrı-ayrı rayonlarda keçirilən kurslarda olmuş, müdavimlərlə söhbət edərək onların arzu və istəklərini, təkliflərini dinləmişlər. Gələn nümayəndələr təşkilatçılara bu tədbirin həyata keçirilməsi ilə bağlı fikirlərini çatdıraraq gördüklərindən razı qaldıqlarını bildirmişlər.

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov