Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

İngilis dili və müasir təlim metodları

 

Bu gün Azərbaycanımızın müstəqil dövlət olaraq sürətlə inkişaf etdiyi bir dövrdə təhsildə də böyük islahatlar həyata keçirilir. Bu islahatlar biz müəllimlərin qarşısında önəmli vəzifələr qoyur. Hazırda milli zəminə və bəşəri dəyərlərə əsaslanan, yüksək insani keyfiyyətləri özündə birləşdirən Azərbaycan dövlətinin gələcəyi üçün savadlı, intellektli, sağlam düşüncəli, vətənpərvər şəxsiyyətlər yetişdirilməsi əsas vəzifə hesab olunur.

Ulu öndər Heydər Əliyev demişdir: "Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir". Odur ki, müəllim həmişə yaradıcı və axtarışda olmalıdır.

Milli təhsilimizin Qərb təhsil sisteminə inteqrasiyasını olduqca vacib və aktual məsələ hesab edirəm. Bu gün müstəqil respublikamızın xarici dillərə mükəmməl yiyələnmiş, yüksək intellektli gənclərə olduqca böyük ehtiyacı var. Milli təhsilimizin qarşısında duran ən başlıca məsələ də ölkəni savadlı kadrlarla təmin etməkdir. Həmin gənclər yeni texnologiyalara yiyələnmək, xarici ölkələrlə əməkdaşlığı dərinləşdirmək üçün mütləq xarici dilləri öyrənməlidirlər. Mən də ingilis dili müəllimi olaraq bu istiqamətdə çalışıram. Dərslərimdə fəal təlim üsullarından istifadə edirəm. Yeni təlim üsulları şagirdlərin müstəqil düşüncəsinə və nəticə çıxarmasına kömək edir. Fəal təlim zamanı bütün şagirdlər dərs prosesində iştirak edir və müstəqil fikirlərini söyləyirlər. Dərs prosesində qruplarla işə üstünlük verirəm. Belə dərslər zamanı şagirdlərin idrakı inkişaf edir, onlar düşünür, fikir mübadiləsi aparırlar. Dərsdə qurulan motivasiyalara şagirdlər daha böyük maraq göstərirlər.

Şagirdlərin böyük maraq göstərdiyi amillərdən biri də biliyin qiymətləndirilməsidir. Belə ki, mən çalışıram ki, biliklərin qiymətləndirilməsini şagirdlər özləri həyata keçirsinlər. Bu, şagirdlərin dərs gedişində daha fəal müşahidə aparmasına, diqqətli olmasına və nəticə çıxarmasına kömək edir. Aydındır ki, hər hansı bir xarici dildə danışmaq üçün kifayət qədər söz ehtiyatı olmalıdır. Bu məqsədlə mən müxtəlif didaktik oyunlardan, krossvordlardan və anaqramlardan istifadə edirəm.

Şagirdlərin ingilis dilində sərbəst danışmaları üçün dialoqların rolu böyükdür. Odur ki, mən mövzulara aid dialoqlardan istifadə edirəm. Şagirdlərin fərdi, daxili potensialını üzə çıxarmaq üçün dərsdə layihələr üzrə  iş aparıram. Layihələrlə işləyərkən şagirdlərin yaradıcı təfəkkürü inkişaf edir, onlar müqayisə etmək bacarığına yiyələnirlər, axtarışlar aparır və əldə etdikləri nəticəni tətbiq etməyə çalışırlar.

Məsələn: "World literature" ("Dünya ədəbiyyatı") mövzusundakı layihədə şagirdlər çox maraqla işlədilər. Onlar İnternetdən əldə etdikləri materiallardan müxtəlif bukletlər, divar qəzeti hazırladılar. Dünya şöhrətli ingilis yazıçısı V.Şekspirin "Hamlet" əsərini ingilis dilində səhnələşdirdilər.

Mən ingilis dilinin bu gün əhəmiyyətini dərk edib öz üzərimdə daha çox çalışıram. "İnteraktiv təlim metodları", "İKT", "İntel - Gələcək üçün təhsil", "Mimio-İnteraktiv lövhə ilə tədris" və digər mövzularda kurs və konfranslarda iştirak etmişəm. Bu kurslarda öyrəndiklərimi dərslərimdə tətbiq edirəm.

Elm və texnikanın yüksək sürətlə inkişaf etdiyi bir vaxtda İKT-dən istifadənin böyük əhəmiyyəti vardır. Bu məqsədlə çalışıram ki, keçdiyim bütün elektron dərslər şagirdləri texnologiya vasitəsi ilə düşünməyə, təsəvvür, tətbiq, təhlil etməyə, fikir yürütməyə və yaradıcılığa həvəsləndirsin. Mən İngiltərənin Kent Universitetinin müəllimləri ilə də əməkdaşlıq edirəm. Bu da dərslərimdə nailiyyət əldə etməyimdə rol oynayır. Hər bir müəllim çalışmalıdır ki, həmişə axtarışda olsun, çünki unutmamalıyıq ki, cəmiyyətin gələcəyini biz müəllimlərə etibar edirlər. 

Marifə MAHMUDOVA,
Bakıdakı 229 nömrəli tam orta  məktəbin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov