Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Azərbaycan idmançısı ağır atletika üzrə Avropa çempionu olub

 

Rumıniyanın paytaxtı Buxarestdə ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyi keçirilir.

Azərbaycan Ağır Atletika Federasiyasından AzərTAc-a bildirmişlər ki, sentyabrın 1-dək davam edəcək birincilikdə baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında ölkəmizi altı idmançı təmsil edir.

Yarışın ilk günü atletimiz Valeh Baxşalızadə (50 kq) 204 kiloqram (88 kq + 116 kq) nəticə göstərərək Avropa çempionu adını qazanmışdır. Çempionluqla yanaşı idmançımız təkanla ştanq qaldırma yarışlarında Avropa rekordunu da yeniləmişdir.

Səkkiz il əvvəl Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında rusiyalı Pavel Suxanov 115 kiloqramlıq ştanqı başı üzərinə qaldıra bilmişdi.

Qeyd edək ki, çempionatda ölkəmizi hakim qismində Oqtay Muxtarov təmsil edir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov