Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Anadolu Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini, professor Mustafa Cavcar, Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər.

Akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən, qloballaşan dünyada Azərbaycanla Türkiyənin birgə addımlamasından bəhs edib. Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universitetləri ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom veriləcəyini qonaqların diqqətinə çatdırıb.

Anadolu Universitetinin rektoru, professor Davut Aydın, öz növbəsində  Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində olmasından qürur hissi duyduğunu bildirərək  Anadolu Universiteti haqqında ətraflı məlumat verib.

Rektor Davut Aydın  səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib.

Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar, Nüvə Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında,  Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində  olublar.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov