Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Təlim kursları davam edir

 

2012-2013-cü dərs ilində V siniflərdə fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə əlaqədar müəllimlərin peşəkarlığının artırılması, onların yeni pedaqoji innovasiyaların tətbiq olunması sahəsində lazımi biliklərə yiyələnməsi üçün xüsusi kurslardan keçməsi  və sertifikat alması zəruri olmuşdur.

Bu günlərdə Neftçala RTŞ-ın müdiri Əjdər Kərimovdan aldığımız məlumatda bildirilir ki, rayonda 2012-2013-cü dərs ilində beşinci siniflərdə dərs deyəcək müəllimlərin yeni fənn kurikulumları üzrə təlim kursları iyunun 25-dən başlamışdır. Kurslar əsaslı təmir olunmuş şəhər 1 nömrəli tam orta məktəbdə  keçirilir. Məşğələlər keçirilən otaqlar kompüter, noutbuk, proyektor və digər lazımi avadanlıqlarla  təmin edilib.

Artıq Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, həyat bilgisi, xarici dil, texnologiya, informatika, təsviri incəsənət, musiqi və fiziki hazırlıq müəllimlərinin təlim kursları başa çatmışdır. 400 nəfər müəllim kurslardan keçərək müxtəlif dərəcəli sertifikatlar almışdır. Hazırda riyaziyyat fənni üzrə təlim kursları davam edir. Sentyabrın 16-da başa çatacaq təlim kurslarında ümumilikdə 425 nəfər fənn müəllimi iştirak edərək sertifikat alacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov