Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Yeniyetmə ifaçımız beynəlxalq müsabiqədə uğurla çıxış edib

 

Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov və onun müəllimi Siala Sinamdzqvarişvili bu ilin 16-23 avqust tarixlərində Avstriyanın paytaxtı Vyanada pianoçuların XII beynəlxalq müsabiqəsində iştirak ediblər.

Qeyd edək ki, Vyana şəhər rəhbərliyinin sponsorluğu və "Panmusica Austria" Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən müsabiqə çərçivəsində ustad dərsləri də təşkil olunub.

Avstriya, Rusiya, ABŞ, Yaponiya, Koreya, Çin, Qazaxıstan və digər ölkələrdən ifaçıların iştirak etdiyi üç yaş qrupu və iki mərhələdə keçirilən müsabiqənin A qrupunda (12 yaşadək) Azərbaycanı Nəriman Əmiraslanov təmsil edib.

Birinci mərhələdən öncə tanınmış professor Chung Leedən ustad dərsləri alan 12 yaşlı pianoçumuz V.A.Motsartın Do minor sonatasının birinci hissəsini və Lya major sonatasının üçüncü hissəsini - "Türk marşı"nı ifa edib. Bu mərhələdə uğurla çıxış edən Nəriman 7 iştirakçı ilə birlikdə ikinci mərhələyə vəsiqə qazanıb.

Müsabiqənin finalı avqustun 23-də List zalında keçirilib. Kipr, Yaponiya, Argentina və Macarıstandan olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci mərhələdə çıxış edən yeddi iştirakçıdan birinci yerə Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü yerə isə Azərbaycanı təmsil edən Nəriman Əmiraslanov layiq görülüb.

Sənət yarışmasının sonunda qaliblərə diplom və xüsusi hədiyyələr təqdim olunub.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov