Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Prezident İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin ədəbiyyat fonduna malik kitabxana, kompüter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır.

Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil ocağında biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün emalatxanalar yaradılmışdır. Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov