Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirilib

 

Sentyabrın 11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı  keçirildi. Konfransda Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edirdilər.

Öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyuldu.

Konfransı giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açdı və iştirakçıları salamlayaraq təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdi.

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev rayon məktəblərinin fəaliyyətindən danışdı və ali məktəblərə qəbul imtahanlarında ayrı-ayrı məktəblər üzrə abituriyentlərin göstərdiyi nəticələri diqqətə çatdırdı. T.Əliyev qeyd etdi ki, ötən dərs ilində rayon üzrə tam orta məktəbi bitirən məzunların 45 faizi ali məktəblərə qəbul olunub.

Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Şuşa rayon təhsil müəssisələri ilə əlaqələrindən söz açdı və BSU-da oxuyan tələbələrin gələcəkdə bu məktəblərdə pedaqoji təcrübə keçmələrinin nəzərdə tutulduğunu qeyd etdi.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın rayonlarına, o cümlədən Şuşa rayon təhsil işçilərinə göstərilən dövlət qayğısından danışdı.

Təhsil naziri Misir Mərdanov Şuşa rayon təhsil işçilərini qarşıdan gələn "Bilik günü" münasibəti ilə təbrik etdi və yeni dərs ilində onlara daha böyük uğurlar arzuladı. Misir Mərdanov Şuşa rayon məktəblərində təhsil islahatlarının həyata keçirilməsi baxımından mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiq edildiyini nəzərə çatdırdı. Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının təzahürü kimi səciyyələndirən nazir ölkəmizin sürətli inkişafı sayəsində daha böyük uğurların qazanılacağına inamını ifadə etdi.

Sonra Şuşa rayon təhsil müəssisələrində çalışan bir qrup müəllimə Təhsil Nazirliyinin Fəxri fərmanı və "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı təqdim olundu və yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlara Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verildi. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov