Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Sentyabr 2012 - №36

 

Ağdam təhsil işçiləri yeni uğurlar əldə etmək əzmindədirlər

 

Məlum olduğu kimi, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə təhsilimizin inkişafına və  təhsil işçilərinə xüsusi qayğı və diqqət göstərmiş, müəllimlik  peşəsini ən şərəfli  peşə  adlandırmışdır. 

Bu gün sevindirici haldır ki, ulu öndərin  siyasi kursu möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən   uğurla  davam etdirilir. Ölkə Prezidentinin diqqəti, qayğısı və yaxından dəstəyi ilə 2003-cü ildən bəri Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilmiş, irimiqyaslı dövlət proqramları qəbul olunmuş və icra edilmişdir.

Təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, onların yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da   xidmətləri böyükdür. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son illər yüzlərlə təhsil müəssisəsi əsaslı təmir edilmişdir. Ölkədə həyata keçirilən bu proqramlara uyğun olaraq  Ağdam rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülmüşdür. O cümlədən,  rayonun Səfərli kənd,  Şəki, Çələbixan qəsəbələrində  məktəblər   tikilib  istifadəyə verilmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  bütün məktəblərimizin maddi-texniki vəziyyəti araşdırılmış, əsaslı təmirə ehtiyacı olan məktəblərin siyahısı dəqiqləşdirilərək  əlaqədar təşkilatlara təqdim edilmişdir. Nəticədə Alıbəyli kənd tam orta məktəbinin binası əsaslı təmir edilərək yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir.

May ayından başlayaraq rayonun Qaradağlı, Hacıturalı və Çəmənli kənd tam orta məktəblərində aparılan təmir işləri başa çatdırılmış və onlar yeni avadanlıqlarla təmin edilmişdir.

Təhsil işçilərimizin uğurları da böyük olmuşdur. Rayon üzrə müəllimlərimizdən səkkiz nəfər "Əməkdar müəllim" fəxri adına, yeddi nəfər  "Tərəqqi" medalına layiq görülmüş, altı nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

Rayonda müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində də ardıcıl iş aparılaraq fəal təlim metodlarının tətbiqi ilə bağlı  onların iş təcrübəsi öyrənilmiş və fikir mübadiləsi aparılmışdır. Bu il rayonun 32  nömrəli tam orta məktəbinin kimya müəllimi  Aynur Zülfüqarova  "Ən yaxşı müəllim" müsabiqəsinin  qalibi olaraq ölkə Prezidentinin sərəncamına əsasən 5000  manat məbləğində pul mükafatı almışdır.

Bütün bunlarla bərabər, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində  rayonun pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılması istiqamətində də təhsil şöbəsində kompleks tədbirlər həyata keçirilmişdir.

Qeyd etməliyəm ki, 2011-2012-ci tədris ilində rayonun orta məktəblərini bitirən 849  məzundan 516 -sı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına  sənəd vermiş  və onlardan 219 nəfəri (sənəd verənlərin 42,4%-i) respublikanın müxtəlif ali məktəblərinə  yüksək balla qəbul olunmuşdur.

Qazanılan   nailiyyətlərə  baxmayaraq, Ağdamın təhsil işçiləri heç də arxayınlaşmır,   qarşıdan gələn yeni dərs ilində daha böyük uğurlar əldə etmək üçün  səylə çalışırlar.   

Elmira ŞÜKÜROVA,
Ağdam Rayon Təhsil Şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov