Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Bakının Nizami rayonundakı 70 nömrəli məktəb-lisey yüksək standartlar səviyyəsində yenidən qurulub

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda əsaslı surətdə yenidən qurulmuş 70 nömrəli məktəb-liseylə tanış olmuşdur.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak etmişdir.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, 70 nömrəli məktəb-liseyin binası 1967-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək bu təhsil ocağının binası təmir olunmamışdır. Bu məktəb-liseydə də əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilmişdir.

Bildirildi ki, məktəb-liseyin bütün sinif otaqları və fənn kabinetləri ən yüksək standartlar səviyyəsində təmir olunmuşdur. Təhsil ocağı müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilmişdir. Şagird sıxlığının və çoxnövbəli tədrisin aradan qaldırılması məqsədi ilə 42 sinif otağından ibarət 840 şagird yerlik əlavə korpus inşa edilmişdir. Yeni tədris ilindən məktəb-liseydə dərslər bir növbədə keçiləcəkdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəb-liseydə yaradılan şəraitlə yaxından tanış oldular.

Diqqətə çatdırıldı ki, bu təhsil ocağında istilik və işıqlandırma sistemləri tamamilə yenidən qurulmuşdur. Məktəb-lisey daimi isti və soyuq su ilə təchiz edilmişdir. Təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri həyata keçirilmiş, 1300 kvadratmetrlik sahəyə asfalt salınmışdır.

Əsaslı təmir və yenidənqurma işlərindən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov