Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib

 

Abşeron rayonunun Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı Arif Alışanov iştirak etmişlər.

Mərasim məktəblilərin ifasında Azərbaycanın Dövlət himninin oxunması ilə açılmışdır. Bayram tədbirində çıxış edənlər respublikanın sürətli inkişafından, yeni məktəb binalarının tikintisindən, təhsildə qazanılan uğurlardan danışmışlar.

Nəhayət, mühüm an gəlib çatmış, qırmızı lent kəsilmişdir. Məktəb zəngi çalınmış və şagirdlər, o cümlədən birinci sinifdə oxuyacaq uşaqlar yeni məktəb binasının astanasına qədəm qoymuşlar. Qonaqlar siniflər, fənn kabinetləri, idman və akt zalları, tibb məntəqəsi və digər otaqlarla tanış olmuşlar.

Dördmərtəbəli məktəb binası köhnə məktəb binasının yerində ucaldılmışdır. Doqquzillik məktəb ilk şagirdlərini 1997-ci ildə qəbul etmişdir. 2002-ci ildə tam orta məktəbə çevrilmişdir. Lakin şagirdlərin çoxluğu tədris prosesində problemlər yaradırdı. Hazırda məktəbdə 967 şagird təhsil alır, 93 müəllim çalışır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov