Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Bakı Dövlət Universiteti yeni tədris ilinə bir sıra yeniliklərlə başlayıb

 

15 sentyabr - "Bilik günü" münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunu deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb. Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutmuşdur. Bu bizim hər birimizin, o cümlədən siz tələbələrin məsuliyyətini bir qədər də artırmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir. Çalışın sizə yaradılan şəraitdən səmərəli istifadə edərək sizin intellektinizə arxalanacaq alimlərimizin, sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını doğruldasınız.

Rektor Abel Məhərrəmov qeyd etdi ki, beynəlxalq aləmdə özünə böyük hörmət və nüfuz qazanan Prezident İlham Əliyevin "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik" devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

BDU-nun hər il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə başladığını deyən rektor fizika, kimya, biologiya, coğrafiya, ekologiya, jurnalistika, o cümlədən humanitar fakültələrin elmi-tədqiqat, tədris laboratoriyalarının yeni avadanlıqlarla təmin olunduğunu, bir sıra laboratoriyaların yenidən qurulduğunu qeyd edib. Bildirilib ki, fizika fakültəsinin Nanoaraşdırmalar laboratoriyasına dəyəri 1 milyon 200 min dollar olan JSM - 7600 F elektromikroskop və Mini Flex 600 Rentgen difraktometr, kimya fakültəsinə dəyəri 100 min dollar olan qazxromotoqrof, biologiya fakültəsinə  neyrospektr və mikroskoplar, coğrafiya fakültəsinə  CPS cihaz avadanlıqları alınıb, ekologiya fakültəsinin bioekologiya laboratoriyası və jurnalistika fakültəsinin İnternet Televiziyasının yayımı üçün otaq istifadəyə tam hazır vəziyyətə gətirilib. Bu tədris ilindən həmçinin universitetin Quba rayonunda Tədris-Təcrübə Bazası istifadəyə hazırdır. 8 hektar ərazini əhatə edən Tədris-Təcrübə Bazası 5 mərtəbəlidir və 400-ə yaxın universitet əməkdaşı və tələbə üçün nəzərdə tutulub. Yataqxana kompleksinin layihələndirmə işləri başa çatdırılıb. Müasir otel tipli yataqxanaların inşası nəzərdə tutulur.

Daha sonra ilahiyyat fakültəsinin dekanı, professor  Vasim Məmmədəliyev, 695 bal toplamış tələbə Emil Məmmədli çıxış ediblər. Sonda akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Respublikamızın və universitetin 3 rəngli bayraqları Dövlət himninin sədaları altında yuxarı qaldırılıb. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov