Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Masallıda beş yeni məktəb binasının açılışı olub

 

Masallı Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq rayondakı Qodman, Köçəkli və Sığıncaq kəndlərində 360 şagird yerlik tam orta, Dəmirçi kəndində 220 və Ərəb kəndində 80 şadird yerlik ümumi orta məktəb binalarının 2012-2013-cü dərs ilinin ilk günündə açılış mərasimləri olub.

Mərasimdə RTŞ-ın müdiri A.İbişov çıxış edərək yeni tikilmiş, müasir tələblərə cavab verən, hər cür avadanlıqlarla və məktəb ləvazimatları ilə təmin edilmiş binalarda dərs deyəcək müəllimləri, burada təhsil alacaq şagirdləri yeni dərs ili münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib.

"Bilik günü" ilə bağlı yeni məktəblərdə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları Nəriman Əliyev və Elmira Axundova, ziyalılar, kənd ictimaiyyətinin nümayəndələri çıxış edərək rayonun  bütün təhsil işçilərini bayram münasibəti ilə təbrik ediblər.

Tədbirdə Qodman kənd tam orta məktəbinin direktoru B.Yaqubov, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru A.Şükürova, Sığıncaq kənd tam orta məktəbinin direktoru S.Ağayev, Ərəb kənd ümumi orta məktəbinin müəllimi Ə.Hüseynov çıxış edərək ölkədə təhsilə və təhsil işçilərinə göstərdiyi bu yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov