Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

İlk dərs gününün həyəcanı

 

Sentyabrın 15-i ölkəmizin hər yerində olduğu kimi, Sabunçu rayonundakı 108 nömrəli tam orta məktəbdə də unudulmaz günlərdən biri idi. İlk dərs günü münasibətilə təşkil olunmuş mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Sabunçu  Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseynzadə tədbiri açaraq dövlətimizin təhsil sahəsinə göstərdiyi qayğıdan danışdı. Natiq son dövrlər bir-birinin ardınca açılan yeni tədris ocaqlarını Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirdi. O, pedaqoji kollektivi, müəllim, şagird və valideynləri "Bilik günü" münasibətilə təbrik etdi, yeni dərs ilində hamıya uğurlar arzuladı.

Məktəbin direktoru Narınc Mehdiyeva bildirdi ki,  2011-2012-ci tədris ili rəhbərlik etdiyi pedaqoji kollektiv üçün uğurlu olmuşdur. İlk növbədə qeyd olundu ki, bu il məktəbin  9 məzunu  müxtəlif dövlət ali məktəblərinə daxil olub.  Bu göstəriciyə görə məktəb Sabunçu rayonu üzrə ikinci, Maştağa qəsəbəsi məktəbləri arasında birinci nəticə göstərmişdir. Qəbul imtahanlarında 600-ə yaxın bal toplayan bir şagird isə Sabunçu  Rayon İcra Hakimiyyəti tərəfindən noutbukla mükafatlandırılmışdır.

Daha sonra məktəbin direktoru əlavə etdi ki, 10-cu sinif şagirdi Tubu Əliyeva iyun ayında ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Təhsil Mübadiləsi Proqramı çərçivəsində bu ölkədə konfransda iştirak etmiş, üç nominasiya üzrə qalib olmuşdur. Kollektivin əldə etdiyi uğurların nəticəsidir ki, məktəbdə bu il birinci sinifdə oxumaq istəyənlərin sayı artır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzin Sabunçu-Xəzər rayonları üzrə bölmə müdiri Alı Məmmədov çıxışında məktəbin əldə etdiyi uğurlara görə kollektivi təbrik etdi, çətin və şərəfli işdə onlara yeni-yeni uğurlar arzuladı.

Məktəbin məzunu, Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Kamilə Mehdiyeva qazandığı uğurlara görə, ilk növbədə, pedaqoji kollektivə minnətdarlığını ifadə etdi.

Sonda məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhilə Hüseynovanın təşkilatçılığı ilə hazırlanan bədii proqram təqdim edildi. Birinci sinif şagirdlərinin söylədikləri şeirlər, ikinci sinif şagirdləri Əsgər Əsgərov və Şükran Hüseynovanın hazırladıqları rəqs nümunəsi hamını heyran etdi. İlk dərs günü həyəcanını yaşayan birincilərin isə sevincinin hədd-hüdudu yox idi. 

Samirə DADAŞOVA,
C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov