Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub

 

Bu günlərdə Gürcüstanda - soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərindəki Ata-Holdinq İdman Sarayında əslən Bolnisi rayonunun Darbaz kəndindən olan Azərbaycan alimi, dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) və Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq yubilyarı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edib. GAJB-nin sədri, APA-nın Gurcüstan bürosunun rəhbəri Nizami Məmmədzadə tanınmış dilçi və türkoloq alim, 80-dən çox elmi və elmi-publisistik kitabın, 600-dən çox elmi və elmi-publisistik məqalənin, ümumi dilçilik və türkoloji məsələlər, Azərbaycan dili və Azərbaycan dilinin tədrisi metodikası, dialektologiya, onomastika, antroponimiyanın əsasları və eləcə də hərbi humanitar elmlər sahəsində müxtəlif dəyərli araşdırmaların müəllifi, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında AAK-in Ekspert Şurasının üzvü və AAHDM-nin "Dillər" kafedrasının müdiri olmuş professor Mədəd Çobanovun həyat və yaradıcılığı haqqında ətraflı məruzə edib.

Sonra tanınmış yazıçı-müəllim Əli Abbas, Ukrayna Universitetinin Gürcüstan filialının prorektoru, filologiya elmləri doktoru, professor Mahmud Hacıxəlilov, əməkdar jurnalist İlyas Adıgözəlli, qocaman jurnalist, uzun müddət Gürcüstan Dövlət Radiosunun Azərbaycan şöbəsinin rəhbəri işləmiş Emin Mahmudov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə, "Qarapapaqlar" elmi jurnalının baş redaktoru Akif Xansultanlı, AzTU-nun Mətbuat şöbəsinin müdiri, "Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı, yubilyarın tələbələri Leyla Mustafayeva, Rəna Əhmədova, Vaqif Şahverdiyev və başqaları çıxış edərək yubilyar haqqında öz səmimi ürək sözlərini soyləyiblər, alimin əsərlərinin müsbət məziyyətlərindən söhbət açıblar, onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər və professor Mədəd Çobanovun son illərdə daha məhsuldar çalışdığını, onun nəşr etdirdiyi dərsliklərdən və dərs vəsaitlərindən gənc nəslin səmərəli şəkildə istifadə etdiyini bildiriblər.

Sonra şairlərdən Mayqa Mətin, beynəlxalq poeziya müsabiqələri laureatı Nizami Saraclı, "Abdulla Şaiq" mükafatı laureatı Elmira Mahalqızı və başqaları yubilyarı təbrik ediblər və alimə həsr etdikləri şeirləri oxuyublar.

Görkəmli Azərbaycan alimi Mədəd Çobanov tədbirin sonunda 75 illik yubileyinə gələn qonaqlara, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz dərin təşəkkürünü bildirib.

Tədbirdə Gürcüstan parlamentinin indiki və keçmiş deputatları Azər Süleymanov, Hidayət Hüseynov, Ramiz Bəkirov, Gürcüstanda yaşayan və fəaliyyət göstərən universitet müəllimləri, ziyalılar, qəzet redaktorları, jurnalistlər, məktəb direktorları, gənclər, Bakıdan, Dmanisidən, Bolnisidən və Marneulinin ətraf kəndlərindən gələn qonaqlar iştirak ediblər.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib. Tədbirin sonunda yubilyara hədiyyələr və diplomlar təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov