Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Erkən uşaqlıq dövründə inkişafa dair müzakirə keçirilib

 

Bu günlərdə Təhsil Problemləri İnstitutu Kurikulum  Mərkəzində "Erkən uşaqlıq dövründə inkişafa dair strategiyaların və modellərin təşviq və hazırlanmasına əlavə yardım və dəstəyin təmin edilməsi" mövzusunda müzakirə keçirilib.

Tədbirdə YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional nümayəndəliyinin erkən uşaqlıq dövründə inkişaf üzrə müşaviri Dipa Qrover və ABŞ-ın Yel Universitetinin uşaq inkişafı və sosial siyasət üzrə E.Siqler adına Tədqiqat Mərkəzinin rəhbəri Yan Van Ravens, Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, YUNİSEF-in İnkişaf və Təhsil Proqramının rəhbəri Kənan Məmmədli, Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova və başqaları iştirak ediblər.

Müzakirəni Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva giriş sözü ilə açaraq tədbirin olduqca aktual bir mövzuya həsr olunduğunu deyib. Respublikamızda məktəbəqədər təhsil sahəsində görülən işlər barədə geniş danışan N.Alnağıyeva  beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi bugünkü müzakirənin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra Kurikulum Mərkəzinin şöbə müdiri Laləzar Cəfərova "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu)" sənədinin xarakterik cəhətlərindən ətraflı söz açıb. 

Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ilə bağlı geniş diskussiya və fikir mübadiləsi aparılıb.    

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov