Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Dövlət İdarəçilik Akademiyasında  "Layihələrin idarəolunması" ixtisası üzrə yeni magistr proqramının təqdimatı olub

 

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Təhsil Nazirliyinin "Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəsində "Layihələrin idarəolunması" ixtisası üzrə yeni magistr proqramının təqdimatı keçirilmişdir.

DİA-dan AzərTAc-a bildirmişlər ki, təqdimat mərasimində bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin yüksək ixtisaslı kadr hazırlığına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

"Layihələrin idarəolunması" ixtisası üzrə magistr proqramı barədə fikirlərini açıqlayan akademik U.Ələkbərov, eyni zamanda müasir idarəetmə sahəsində ən son texnologiyaların formalaşması, onların tədrisi və tətbiqinə xüsusi diqqət verilməsinin və bununla əlaqədar "Layihələrin idarəedilməsi" adlı yeni kursun akademiyada tədris proqramlarına tətbiq olunmasının əhəmiyyətindən danışmışdır.

Təhsil naziri Misir Mərdanov bildirmişdir ki, layihənin əsas prioriteti "Layihələrin idarəolunması" sahəsində fəaliyyət göstərən qurumların kadr potensialını gücləndirmək məqsədi ilə ali təhsil müəssisələrində müvafiq tədris proqramlarının hazırlanması və tətbiqindən ibarətdir.

Qeyd edilmişdir ki, layihə çərçivəsində DİA-da "Layihələrin idarəolunması" mövzusunda müasir və beynəlxalq standartlara uyğun yeni kurikulum tərtib edilmiş və müvafiq mövzuda magistr proqramı hazırlanmışdır.

"Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi" layihəsini həm ölkənin təhsil sahəsində, həm də gələcək inkişafı istiqamətində atılan addım kimi səciyyələndirən nazir magistr proqramının növbəti illərdə layihələrin idarəolunması üzrə ən nüfuzlu beynəlxalq qurumlardan sayılan Layihələrin İdarəolunması İnstitutu tərəfindən akkreditasiyadan keçirilməsi üzrə də işlərin aparıldığını diqqətə çatdırmışdır.

Kanadanın Kvebek Universitetinin professoru L.Şavinina, akademiyanın müəllimi A.Nəsibov DİA-da proqramın tədrisi üçün çalışacaqlarını söyləmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov